MHŞT - Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye sahələrində Şəffaflıq Təşəbbüsü

Sayt üzrə axtarış

English
Ana səhifə
Saytın xəritəsi
 

"Şəffaflıq bizim uğurumuzun əsas səbəblərindən biri olacaqdır. Bu, bizə imkan verəcək ki, gələcəkdə neftdən əldə olunan gəlirlər səmərəli idarə olunsun və hər bir Azərbaycan vətəndaşı bunu öz gündəlik həyatında hiss etsin."

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Son xəbərlər
08.04.2012
MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir
2012-ci il aprelin 9-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.
19.02.2012
Neft Fondunun İcraçı Direktoru MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 19-cu iclasında iştirak etmişdir
2012-ci il fevralın 14-15-də İngiltərənin Susseks şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 19-cu iclası keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.
19.02.2012
MHŞT üzrə on beşinci mərhələnin hesabatlarına Mur Stefens şirkəti rəy verəcək
2012-ci il fevralın 20-də ARDNF MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir. İclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə növbəti - on beşinci hesabat mərhələsi üzrə hesabatlarını (2011-ci il üzrə) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə keçirilən müsabiqənin nəticələri müzakirə edilmişdir.