Azərbaycandakı hasilat şirkətlərinin hesabatlarına Deloyt ənd Tuş şirkəti rəy verəcək

mhsht2004-cü il dekabrın 20-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Nazirlər Kabinetinin 13 noyabr 2004-cü il Sərəncamı ilə yaradılmış Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti iclası keçirilmişdir.

MHŞT-nin Azərbaycanda həyata keçirilməsində mühüm irəliləyiş

mhsht2004-cü il noyarbın 24-də Mineral Ehtiyatların Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycan Respublikasında həyata keçirilməsilə bağlı mühüm addım atılmışdır. Dünyada ilk dəfə MHŞT-nin əməli olaraq reallaşmasına Azərbaycanda start verilərək MHŞT üzrə hökumət Komissiyası, xarici və yerli hasilat (neft və gaz) şirkətləri və qeyri hökumət təşkilatlarının Mədən Hasilatında Şəffaflığın Artırılması Koalisiyası arasında MHŞT-nin Azərbaycan Respublikasında həyata keçirilməsi məqsədilə işlənib hazırlanmış mexanizmin tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.

MHŞT üzrə Komissiya Şəffaflıq Təşəbbüsü üzrə sənədlər paketini ratifikasiya etmişdir

mhsht2004-cü il oktyabrın 27-də Mineral Entiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT)üzrə Komissiyanın növbəti iclası keçirilmişdir. İclasda MHŞT-nin Azərbaycan Respublikasında həyata keçirilməsi prosesinin hazırkı mərhələsi, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan xarici və yerli şirkətlərin, eləcə də qeyri-hökumət təşkilatlarının yaratdığı Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Komissiya tərəfindən təklif olunmuş MHŞT-nin Azərbaycanda tətbiqi mexanizminə maraq göstərməsi və bu prosesdə iştirakı müzakirə olunmuşdur.

ABŞ və Böyük Britaniya liderləri Azərbaycan Prezidentini Şəffaflıq Təşəbbüsü sahəsində nailiyyətlərə görə təbrik etmişlər

mhsht2004-cü il iyunun 1-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2004” XI beynəlxalq sərgi və konfransı öz işinə başlamışdır. Konfransın açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev giriş nitqində neftdən əldə olunan gəlirlərdən səmərəli istifadə edilməsinin vacib olduğunu vurğulayaraq qeyd etmişdir: “Şəffaflıq bizim uğurumuzun əsas səbəblərindən biri olacaqdır. Bilirsiniz ki, Azərbaycan Beynəlxalq Şəffaflıq Təşəbbüsünə qoşulmuşdur.

Şəffaflıq Təşəbbüsü ilə bağlı məsələlər “Xəzər neft və qaz-2004” konfransında müzakirə edilmişdir

mhsht“Xəzər neft və qaz-2004” 11-ci Beynəlxalq sərgi-konfransınin “Xəzər bölgəsinin regional inkişafı - beynəlxalq dövlətlərarası təşkilatların rolu, strateji məqsədləri, bölgə və yerli iqtisadiyyata təsiri” mövzusunda bölməsi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru, Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu” (MHŞT) üzrə komissiyanın sədri Samir Şərifovun sədrliyi ilə iyunun 3-də öz işinə başlamışdir.

MHŞT üzrə komissyanın sədri beynəlxalq miqyaslı audit şirkətlərinin nümayəndələrilə görüşüb

mhshtAzərbaycan Respublikası “Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu”(MHŞT) üzrə komissiyanın sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifov 2004-cü il mayın 5-də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq nüfuza malik audit şirkətlərinin nümayəndəlirlə görüşmüşdür.

MHŞT üzrə komissyanın sədri hasilat sənayesi şirkətlərinin nümayəndələrilə görüşüb

mhshtAzərbaycan Respublikası “Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu”(MHŞT) üzrə komissiyanın sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifovun Azərbaycanda fəaliyyət göstərən və neft və gas hasilatı ilə məşgul olan şirkətlərin nümayəndələrilə 2004-cü il aprelin 30-da keçirilmiş görüşündə şirkətlərin dövlətə ödənişləri ilə baglı hesabat formaları və ödənişlərin hesablanması üçün üçüncü tərəfin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub.

Böyük Britaniya hökuməti Azərbaycanın neft gəlirlərinin şəffaflığı sahəsində nailiyyətlərini yüksək qiymətləndirir

mhshtAzərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifov Böyük Britaniyaya səfəri zamanı 2004-cü il 21 aprel tarixində bu ölkənin xarici işlər üzrə dövlət naziri cənab Uilyam Ramel ilə görüşmüşdür. Görüş zamanı cənab Şərifov 2003-cü il iyunun 17-də Londonda keçirilmiş “Təbii Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu” konfransında cənab İlham Əliyevin başçilıgı ilə iştirak edən nümayəndə heyətinin həmin konfransda bu təşəbbüsə qoşuldugunu bəyan etməsi və ötən ilin noyabr ayinda Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən verilmiş sərəncam [bax] əsasında təşəbbüsün həyata keçirilməsi üçün ölkə nazirliklərinin nümayəndələrinin təmsil olunduğu milli komissiyanın yaradılması və indiyədək gördüyü işlər barədə Britaniya rəsmisinə məlumat vermişdir.

Azərbaycanın Şəffaflıq Təşəbbüsü sahəsində gördüyü işlər Londonda təqdirəlayiq hesab olunur

mhshtMineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu” (MHŞT) üzrə komissiyanın sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov 2004-cü il aprelin 20-də Londonda Britaniya və Norveçin hökumət nümayəndələri, neft şirkətlərinin, beynəlxalq maliyyə institutlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri qarışısında cıxış etmişdir.

MHŞT üzrə komissiyanın mineral ehtiyatları ilə məşğul olan şirkətlər üçün hazırladığı hesabat formasının QHT nümayəndələrilə müzakirəsi keçirilib

mhshtAprelin 5-də Azərbaycan Respublikası “Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu”(MHŞT) üzrə komissiyanın sədri,Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifovun sədrliyilə Azərbaycanda fəaliyyət göstərən və neft və gas hasilatı ilə məşgul olan şirkətlərin dövlətə ödənişləri ilə baglı hesabat forması layihəsinin yerli və xarici geyri-hökumət təşkilatlarının, eləcə də xarici ölkə səfirliklərinin və xarici və milli şirkətlərin nümayəndələrilə birgə müzakirəsi kecirildi.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az