Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı

hesabat-2011Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.

Neft Fondunun icraçı direktoru MHŞT üzrə İdarə Heyətinin iclasında iştirak etmişdir

iclas2007-ci il sentyabrın 27-də Norveçin paytaxtı Oslo şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin 3-cü iclası keçirilib. MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak edib.

MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına "Mur Stefens" şirkəti rəy verəcək

moore-stefens2007-ci il sentyabrın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir.

Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı

mhshtMineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış tərəflərin - MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası - nümayəndələrindən ibarət Seçim Qrupunun 2007-ci il avqustun 30-da keçirilmiş iclasında MHŞT üzrə yeddinci hesabat mərhələsinə start verilmişdir.

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə altıncı hesabatını açıqladı

hesabat-2011Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.

Neft Fondunun icraçı direktoru BMT Qlobal Konvensiyası Liderlərinin sammitində təqdimatla çıxış etmişdir

bmt2007-ci il iyulun 5-6-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki qərargahında təşkilatın baş katibi Ban Ki-Munun sədrliyi ilə "Reallığı nəzərə alaraq Biznesə keçid" mövzusunda BMT Qlobal Konvensiyası Liderlərinin zirvə toplantısı keçirilmişdir. Zirvə toplantısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

NICO şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu (21 İyun 2007)

neft2007-ci il iyunun 12-də Naftiran Intertrade Co. Limited (NİCO) şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla NİCO Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti -altıncı hesabat dövrü (2006-cı il üzrə illik) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az