Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə doqquzuncu hesabatını açıqladı

hesabat-2011Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.

Azərbaycanda MHŞT üzrə qiymətləndirmə prosesini həyata keçirəcək şirkət seçildi

mhsht2008-ci il noyabrın 18-də Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə qiymətləndirmə prosesi ilə əlaqədar yaradılmış MHŞT tərəflərini bərabər sayda MHŞT üzrə Hökumət Komissiyasını, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətləri, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasını təmsil edən 9 nəfərdən ibarət İşçi Qrupun iclası keçirilmişdir.

Neft Fondunun İcraçı Direktoru MHŞT üzrə İdarə Heyətinin iclasında iştirak etmişdir

iclas2008-ci il oktyabrın 29-30-da Yunanıstanın paytaxtı Afina şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin növbəti iclası keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.

MHŞT üzrə doqquzuncu mərhələnin hesabatlarına "Mur Stefens" şirkəti rəy verəcək

moore-stefens2008-ci il avqustun 19-da Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir.

Azərbaycanda MHŞT üzrə doqquzuncu hesabat mərhələsi başlandı

mhshtMineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış tərəflərin - MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası - nümayəndələrindən ibarət Seçim Qrupunun 2008-ci il avqustun 7-də keçirilmiş iclasında MHŞT üzrə doqquzuncu hesabat mərhələsinə start verilmişdir.

Dövlət Neft Fondunda Şəffaflıq Təşəbbüsü tərəflərinin birgə iclası keçirilmişdir

cq-iclas2008-ci il iyunun 17-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tərəflərinin - MHŞT üzrə Komissiyanın, qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının, ölkədə mədən sənayesi ilə məşğul olan yerli və xarici şirkətlərin nümayəndələrinin birgə iştirakı ilə iclas keçirilmişdir.

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə səkkizinci hesabatını açıqladı

hesabat-2011Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.

Neft Fondunun İcraçı Direktoru MHŞT üzrə İdarə Heyətinin iclasında iştirak etmişdir

mhsht2008-ci il mayın 26-27-də İspaniyanın paytaxtı Madrid şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin növbəti iclası keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.

MHŞT üzrə səkkizinci mərhələnin hesabatlarına "Mur Stefens" şirkəti rəy verəcək

moore-stefens2008-ci il martın 30-da Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az