Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə on birinci hesabatını açıqladı

hesabat-2011"Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT)" adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan hökuməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya Mur Stefens audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (on birinci) hesabatını (2009-cu ilin ilk 6 ayı üzrə) - 2009-cu il dekabrın 14-də açıqlamışdır.

MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclası Bakıda keçirilmişdir

iclas2009-cu il oktyabrın 14-15-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin 10-cu iclası Bakıda keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.

MHŞT üzrə Komissiyanın iclası keçirilmişdir

mhsht2009-cu il sentyabrın 15-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın iclası keçirilmişdir. Komissiyanın sədri, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov MHŞT-nin Azərbaycanda tətbiqinə dair bir sıra məsələlərlə bağlı Komissiya üzvlərinə məlumat vermişdir.

MHŞT tərəflərinin birgə iclası keçirilmişdir

mhshtBu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.

MHŞT üzrə on birinci mərhələnin hesabatlarına "Mur Stefens" şirkəti rəy verəcək

moore-stefens2009-cu il iyulun 15-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir.

Azərbaycanda MHŞT üzrə on birinci hesabat mərhələsi başlandı

mhshtMineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış tərəflərin - MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası - nümayəndələrindən ibarət Seçim Qrupunun 2009-cu il iyunun 29-da keçirilmiş iclasında MHŞT üzrə on birinci hesabat mərhələsinə start verilmişdir.

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə onuncu hesabatını açıqladı

hesabat-2011"Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT)" adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan hökuməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya Deloyt end Tuş audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (onuncu) hesabatını (2008-ci il üzrə illik) - 2009-cu il iyunun 12-də açıqlamışdır.

AZƏRBAYCAN MHŞT-nin TƏTBİQİNDƏ LİDER ÖLKƏDİR

baku2009-cu il fevralın 16-18-də Qətərin paytaxtı Doha şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 4-cü beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Maliyyə Naziri Samir Şərifov, Azərbaycanı MHŞT üzrə İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycanın MHŞT üzrə Katibliyinin başçısı Adil Məmmədov və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvlərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.

Azərbaycanın MHŞT üzrə tam-hüquqlu üzv statusu təsdiqləndi

mhshtAzərbaycanı Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 2009-cu il fevralın 16-18-də Qətərin paytaxtı Doha şəhərində keçirilən MHŞT üzrə beynəlxalq konfransda iştirak edir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az