Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

cq-iclas-3

2014-cü il dekabr ayının 9-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.

İclas zamanı Azərbaycanda keçiriləcək MHŞT üzrə Qiymətləndirməyə dair təşkilati məsələlər, prosesin həyata keçirilməsi və bununla bağlı digər müddəalar müzakirə olunmuşdur.

MHŞT üzrə Hökumət Komissiyasının sədrinin MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin Azərbaycan üzrə qəbul etdiyi qərara dair bəyanatı

cq-iclas-3Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) 2003-cü ildən qoşulmuşdur. Yaradıldığı vaxtda MHŞT mədən sənayesindən əldə edilən gəlirlər barədə şəffaflığın təmin edilməsi məqsədini daşıyırdı. Bu məqsədə uyğun olaraq Azərbaycanda mədən hasilatından əldə edilən gəlirlər üzrə hesabatlar dərc edilmiş, gəlirlər üzrə tam şəffaflığa nail olunmuş, bütün məlumatlar vətəndaşlara açıqlanmışdır. Ölkədə prosesə rəhbərlik QHT Koalisiyasının da daxil olduğu MHŞT üzrə Çoxtərəfli Qrup tərəfindən həyata keçirilir.

Lakin son bir neçə ildir ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyəti səviyyəsində MHŞT-nin mandatının dəyişdirilməsinə cəhdlər başlanılmışdır. Təəssüflə qeyd edilməlidir ki, Təşəbbüs MHŞT-nin ilkin məqsədini unudaraq insan hüquqları və ya daha dəqiq desək QHT-lərin hüquqlarının qorunmasını təmin edən təşkilat təsəvvürü yaratmağa başlamışdır. Son illər ərzində MHŞT barədə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlarda, nüfuzlu media orqanları tərəfindən dərc olunan məqalələrdə yalnız QHT-lərin mövqeyi əks etdirilmiş, şəffaflıq məsələləri kənarda qalmış, Təşəbbüsün əsas mandatı unudulmuşdur.

2003-cü ildə Təşəbbüsə qoşularkən Azərbaycan hökumətinin əsas məqsədi ölkə vətəndaşları üçün mədən hasilatından əldə edilən gəlirlər üzrə tam şəffaflığın təmin edilməsi olmuşdur. Bu gün isə Azərbaycan müxtəlif ikili standartlara xidmət edən təşkilatlar tərəfindən tənqid edilir. MHŞT-nin növbəti bu cür təşkilata çevrilməsi yolverilməzdir. Azərbaycan hər hansı Azərbaycan hüdudlarından kənar bir qurum qarşısında hesabat vermək, onun əsas mandatına uyğun olmayan tənqidlərini dinləmək üçün bu Təşəbbüsə qoşulmamışdır. Bununla bağlı təzyiqlərə Azərbaycan hökumətinin dözmək fikri yoxdur. Bütün bunları nəzərə alaraq Azərbaycan hökuməti MHŞT-ni tərk etmək məsələsini nəzərdən keçirəcəkdir. Bütün digər MHŞT üzvü olan ölkələrə də narahatlığını çatdıracaqdır.

Qeyd edilənlərə baxmayaraq Azərbaycan MHŞT daxilində və ya ondan kənarda hər zaman olduğu kimi öz vətəndaşları üçün mədən hasilatından əldə etdiyi gəlirlər barədə şəffaflığın təmin edilməsi sahəsində fəaliyyətini davam etdirəcəkdir.

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

cq-iclas-32014-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.
İclas zamanı 2013-cü ili əhatə edən Hökumətin Hesabatı və Auditor hesabatının ilkin layihəsi ÇQ üzvlərinə təqdim edilmiş və tərəflərin bir ay ərzində hesabatlara dair öz fikirlərini bildirmələri qərara alınmışdır.

İclasda İctimai birliklərin MSŞA Koalisiyası üzvü olan təşkilatların fəaliyyətində yaranmış çətinliklər və digər məsələlər müzakirə edilmişdir.

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

cq-iclas-32014-cü il iyul ayının 21-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə  Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair  Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir. 

İclas zamanı İctimai birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası üzvü olan təşkilatların fəaliyyətində yaranmış çətinliklər, Auditorun hesabatında yer alacaq sintetik cədvəllər və kontekstual məlumatların hazırlanması prosesinə dəstək vermək üçün ÇQ üzvlərindən ibarət İşçi qrupun fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır.

Neft Fondunun İcraçı direktoru MHŞT-nin Beynəlxalq İdarə Heyətinin iclasında iştirak edir

cq-iclas-32014-cü il 1-2 iyul tarixlərində Meksikanın paytaxtı Mexiko şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 27-ci iclası keçirilir. MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edir.

MHŞT üzrə yeni Memorandum imzalanmışdır

2014-cü il iyun ayının 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.

İclas zamanı tərəflər – MHŞT üzrə Komissiya, ölkədə hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər, “Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyası arasında yeni “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” Memorandum imzalanmışdır.

- See more at: http://www.oilfund.az/az_AZ/news/908/100/MHsT-uezre-yeni-Memorandum-imzalanmisdir.asp#sthash.vru66OE4.dpuf

news1006

2014-cü il iyun ayının 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.

İclas zamanı tərəflər – MHŞT üzrə Komissiya, ölkədə hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər, "Mədən Sənayesində Şəffaflığın Artırılması" QHT Koalisiyası arasında yeni "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" Memorandum imzalanmışdır.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az