Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir


2015-ci il dekabr ayının 25-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.
İclas zamanı MHŞT-nin tətbiqi üzrə 2015-ci il üçün iş planının icrası, MHŞT-nin tətbiqi üzrə 2016-cı il üçün iş planının layihəsi, 2014-cü il üçün MHŞT hesabatı üzrə Müstəqil Administratorun rəyinin layihəsi, SOCAR-ın 2013-cü il üzrə kvazi-fiskal əməliyyatlarına dair QHT Koalisiyası tərəfindən aparılan araşdırmalar, ÇQ-nin Etik Davranış Kodeksinin layihəsi ətrafında müzakirələr aparılıb.

İclasda ÇQ üzvləri tərəfindən mədən sənayesi üzrə şirkətlərin “məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərinin” əhəmiyyətliliyi müəyyən edilərək MHŞT hesabatlarının kontekstual məlumatlarına daxil edilməsi qərara alınıb. İclas iştirakçıları, həmçinin Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusunun bərpa edilməsi üçün nəzərdə tutulan fəaliyyət planının icra vəziyyəti ətrafında müzakirələr aparıb və bununla bağlı müvafiq qərar qəbul ediblər.

 

"SGC Upstream" şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

cq-iclas-3

12 noyabr 2015-ci il tarixində Azərbaycanda yeni fəaliyyət  göstərən “SGC Upstream” şirkəti Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla “SGC Upstream” şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi MHŞT üzrə on doqquzuncu hesabatda 2014-cü il üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə məlumat verəcəkdir. Beləliklə, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumunu imzalamış şirkətlərin sayı 39-a çatmışdır. 

2014-cü il iyunun 10-da Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən 38 yerli və xarici şirkət 2013-cü ildə MHŞT üzrə 6-cı Qlobal Konfransda qəbul edilmiş MHŞT Standartının tələblərinə uyğunlaşdırılmış yeni Qarşılıqlı Anlaşma Memorandumu imzalamışdır. 

 

Neft Fondunun İcraçı direktoru MHŞT-nin Beynəlxalq İdarə Heyətinin iclasında iştirak edir

mhsht

2015-ci il 21-22 oktyabr tarixlərində İsveçrənin Bern şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 30-cu iclası keçirilir. MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edir.

 

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

08102015

2015-ci il oktyabr ayının 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.
Beynəlxalq İdarə Heyətinin sədri xanım Kler Şotun iştirakı ilə keçirilən ÇQ-nin iclasında Azərbaycanın MHŞT-də yenidən tamhüquqlu üzv statusunu əldə etməsi, 2013-cü il üzrə MHŞT Hesabatına dair Beynəlxalq Katibliyin və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) üzrə QHT Koalisiyasının rəyləri, 2015-ci ilin İş Planında qeyd olunmuş məqsədlərin Azərbaycanın hasilat sənayesinin milli prioritetlərinə uyğunlaşdırılması və digər məsələlər müzakirə olunmuşdur.

 

Dövlət Neft Fondunda MHŞT üzrə təlim keçirilmişdir


2015-ci il iyul ayının 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) MHŞT üzrə hesabat formalarının doldurulması üzrə peşakarlığın və MHŞT hesabatlılığının keyfiyyətinin artırılması məqsədilə mədən sənayesində fəaliyyət göstərən, MHŞT Memorandumunun tərəfdaşı olan yerli və xarici şirkət nümayəndələri üçün təlim keçirilmişdir. Mədən Sənayesində Şəffaflığın Artırılması Qeyri Hökumət Təşkilatları Koalisiyasının üzvləri də təlimdə iştirak etmişdilər.

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

2015-ci il iyul ayının 16-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.
İclasda 2013-cü il üzrə MHŞT hesabatı müzakirə edilmiş və təsdiqlənmişdir. İclas iştirakçıları həmçinin şirkətlər üçün keçiriləcək təlim proqramını, təlim iştirakçılarınının siyahısını müzakirə etmiş və təsdiqləmişlər.

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir


2015-ci il may ayının 5-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.

Təbii Ehtiyatların İdarə Edilməsi İnstitutunun prezidenti, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvü Daniel Kaufmanın qonaq qismində iştirak etdiyi iclasda 2013-cü il üzrə MHŞT Hesabatı, 2014-cü il üzrə İllik Fəaliyyət hesabatı, MHŞT-nin Azərbaycanda tətbiqinin gələcəyi və digər məsələlər müzakirə olunmuşdur.

MSŞA üzrə QHT Koalisiyası “Regionlarda dəyirmi masalar” adlı silsilə tədbirləri çərçivəsində növbəti görüş keçirilib

2015-ci il aprel ayının 17-də Neftçala şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) 2015-ci il İş planına uyğun olaraq Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası “Regionlarda dəyirmi masalar” silsilə tədbirləri çərçivəsində növbəti görüş keçirilmişdir. Dünya Bankının dəstəyi ilə keçirilən bu görüş çərçivəsində regionlarda vətəndaş cəmiyyətinin, yerli icra orqanlarının nümayəndələrinin və sadə vətəndaşların MHŞT ilə bağlı geniş şəkildə məlumatlandırılması və maarifləndirilməsi davam etdirilmişdir.

MSŞA üzrə QHT Koalisiyası “Regionlarda dəyirmi masalar” adlı silsilə tədbirlərin keçirilməsinə başlamışdır

2015-ci il aprel ayının 10-da Şirvan şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) 2015-ci il İş planına uyğun olaraq Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası “Regionlarda dəyirmi masalar” silsilə tədbirlərinin keçirilməsinə başlamışdır. Dünya Bankının dəstəyi ilə keçirilən bu tədbirlər çərçivəsində müxtəlif regionlarda vətəndaş cəmiyyətinin, yerli icra orqanlarının nümayəndələrinin və sadə vətəndaşların MHŞT ilə bağlı geniş şəkildə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

IMG 00431

2015-ci il aprel ayının 3-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.
 
İclas zamanı Azərbaycanda keçirilən Qiymətləndirmə prosesi, 2014-cü il üzrə “MHŞT İllik Fəaliyyət Hesabatı” və MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər müzakirə edilmişdir. İclas iştirakçıları, həmçinin ÇQ-nin 2015-ci il üzrə İş planının layihəsini müzakirə etmiş və təsdiqləmişlər. 

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az