• eiti az

Son bildirişlər

Bildiriş

Azərbaycan Respublikasının Dövlət Neft Fondu Mədən...

Bildiriş - 22 Yanvar 2013

Azərbaycan Respublikasının Dövlət Neft Fondu Miner...

Bildiriş - 29 Noyabr 2012

Azərbaycan Respublikası Dövlət Neft Fondu, “Dövlət...

Bildiriş - 22 Yanvar 2012

Azərbaycan Respublikasının Dövlət Neft Fondu Miner...

Bildiriş 28 yanvar 2011

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Səna...

Bildiriş 10 İyun 2010

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Səna...

Bildiriş 07 Fevral 2010

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Miner...

Bildiriş - 29 İyun 2009

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Səna...

Bildiriş 09 Oktyabr 2008

Azərbaycan Respublikası 2003-cü ildən Mineral Ehti...

2016-cı il 22 iyul tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) hesabatlılığına dair seminar keçirilmişdir. Tədbirin əsas məqsədi 2015-ci il üzrə başlanmış hesabatlılıq prosesində şirkətlər və hökumət tərəfindən təsdiq olunacaq məlumatların keyfiyyətinin artırılması və səhvlərin sayının azaldılmasıdır. Seminarda şirkətlər, hökumət nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə yanaşı, MHŞT Koalisiyasının üzvləri də iştirak etmişlər. MHŞT üzrə Katibliyin nümayəndələri 2016-cı il Peruda yenilənmiş MHŞT Standartının fərqləndirici xüsusiyyətləri, 2015-ci il üzrə MHŞT Hesabatlarını hazırlayacaq Moore Stephens şirkətinin nümayəndəsi isə hasilat şirkətlərinin keçən MHŞT hesabatlılığında etdiyi səhvlərin təhlili və növbəti hesabatlılıqda diqqət yetiriləcək məsələlər barədə iştirakçılara təqdimatlar etmişlər. QHT Koalisiyasının üzvləri isə ümumilikdə vətəndaş cəmiyyətinin MHŞT prosesində rolu və şirkətlərlə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən söz açmışdır. Seminar interaktiv şəkildə qarşılıqlı sual və cavablarla davam etmişdir.

 

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az