Çap

Beynəlxalq miqyas

Azərbaycan yüksək səviyyəli müxtəlif görüşlər, konfranslar və digər tədbirlərdə iştirak etməklə, habelə təbii sərvətlərlə zəngin olan digər ölkələrlə təcrübə mübadiləsi yolu ilə dünya üzrə MHŞT prosesinin idarə edilməsində fəal iştirak edir.

bm12005-ci ilin martında Londonda keçirilmiş MHŞT üzrə 2-ci Beynəlxalq Konfransda MHŞT-nin gələcəyi ilə bağlı təkliflərin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi üçün MHŞT üzrə Beynəlxalq Katibliyin işinə bələdçilik edilməsi məqsədi ilə MHŞT üzrə Beynəlxalq Məsləhətçi Qrup (BMQ) yaradılmışdır. Bu sahədə ilk olması və MHŞT-nin tətbiqində mühüm təcrübə əldə edilməsi nəzərə alınaraq Azərbaycanın təmsil edilməsi məqsədi ilə Dövlət Neft Fondunun İcraçı direktoru, Azərbaycanın MHŞT üzrə Hökumət Komissiyasının sədri BMQ-nin üzvü seçilmişdir.

bm22006-cı ilin oktyabrında Osloda keçirilmiş MHŞT üzrə 3-cü Beynəlxalq Konfransda MHŞT-nin beynəlxalq səviyyədə idarə etmək və MHŞT prinsip və meyarlarının gələcəkdə tətbiqinə nəzarət etmək məqsədi ilə MHŞT üzrə Beynəlxalq İdarə Heyəti yaradılmışdır. Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində nümayiş etdirdiyi liderliyi nəzərə alınaraq konfransda Azərbaycan yekdilliklə İdarə Heyətinə üzv seçilmiş və bu günədək Heyətdə təmsil olunur. Azərbaycanın hər iki ildən bir seçilən MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvləri sırasına daxil edilməsi ölkənin MHŞT-nin tətbiqində aparıcı rolunu sübut edir. Dövlət Neft Fondunun İcraçı direktoru, Azərbaycanın MHŞT üzrə Hökumət Komissiyasının sədri İdarə Heyətində Azərbaycan hökumətini təmsil edir.

bm3Azərbaycan 2009, 2011 və 2013-cü illərdə, müvafiq olaraq, Doha, Paris və Sidneydə keçirilmiş MHŞT üzrə 4, 5 və 6-cı Beynəlxalq Konfranslarda İdarə Heyətinin tərkibinə yenidən üzv seçilmişdir.

2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu MHŞT-nin uğurlu tətbiqinə görə "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) “Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat sayılan "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən ilk dövlət qurumudur (mükafat haqqında daha ətraflı).

bm4MHŞT prosesinə güclü təkan vermək və beynəlxalq səviyyədə Təşəbbüsü dəstəkləmək üçün Azərbaycan hökuməti 2008-ci il sentyabrın 11-də MHŞT-ni dəstəkləyən Qətnaməni Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMT BA) irəli sürmüş və bu Qətnamə 2008-ci il sentyabrın 11-də yekdilliklə qəbul edilmişdir. Azərbaycanın şəffaflığın davamlı inkişafda əhəmiyyətli rol oynamasına böyük inamı və MHŞT bəyan edildikdən bəri ölkənin həmin Təşəbbüsdə fəal iştirakı BMT-nin BA-da şəffaflığı dəstəkləyən Qətnamənin irəli sürülməsinə əsas səbəb olmuşdur.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az