Çap

Çoxtərəfli qrup

Çoxtərəfli qrupun (ÇQ) yaradılması MHŞT Standartının tələblərindən biridir. Bunu nəzərə alaraq Azərbaycanda MHŞT üzrə Qarşılıqlı Anlaşma Memorandum çərçivəsində daimi formada tətbiq olunan MHŞT prosesini daha da təkmilləşdirmək, prosesin inkişafı üzərində daha güclü və səmərəli çoxtərəfli nəzarəti və idarəetməni təmin etmək niyyəti ilə Memorandumun tərəflərinin hər birindən (MHŞT üzrə Komissiya, xarici və yerli şirkətlər, QHT Koalisiyası) eyni hüquqa malik olan 3 əsas və 3-dək əvəzedici üzvdən ibarət olan ÇQ yaradılmışdır. Memoranduma uyğun olaraq, ÇQ-nin iclasları ildə azı dörd dəfə MHŞT-nin tətbiqi üzrə İş planı əsasında keçirilir. MHŞT üzrə Komissiyanın sədri ÇQ-yə üzv olur və onun iclaslarına sədrlik edir.

ÇQ-nin hüquq və vəzifələri

ÇQ MHŞT Standartına uyğun olaraq fəaliyyət göstərir və aşağıdakı hüquq və vəzifələrə malikdir:

a) MHŞT üzrə illik İş Planını hazırlamaq və təsdiq etmək;

b) MHŞT çərçivəsində əhəmiyyətli gəlir mənbələrini və bu gəlir mənbələri üzrə əhəmiyyətli hesab olunan məbləğ/həcmlərin səviyyəsini təyin etmək;

c) Hökumət və Şirkətlər Qrupu üzvü olan yerli və xarici şirkətlər ("Şirkətlər Qrupu Üzvləri") üçün hesabat formalarını təsdiq etmək, lazım gəldikdə bu formalara müvafiq əlavə və dəyişikliklər etmək;

ç) Hökumət və Şirkətlər Qrupu Üzvlərinin hesabatlarının tutuşdurulmasını həyata keçirəcək Müstəqil Administratorun ("Administrator"un) seçilmə qaydası və fəaliyyət dairəsini müəyyən etmək, Administratoru seçmək və təsdiq etmək;

d) Administratorun Rəyini dinləmək, qəbul etmək və ya yenidən işlənmək üçün geri qaytarmaq;

e) QHT Koalisiyasının Rəyini dinləmək, düzəlişlər təklif etmək və nəzərə almaq;

ə) Ölkə üzrə MHŞT Hesabatını və İllik Fəaliyyət Hesabatını hazırlamaq, təsdiq etmək, nəşr etdirmək və yaymaq;

f) MHŞT-nin inkişafı və təkmilləşdirilməsi barədə təkliflərlə çıxış etmək;

g) Ölkədə MHŞT-nin vəziyyətini qiymətləndirmək üçün MHŞT üzrə Beynəlxalq Katiblik tərəfindən aparılan Qiymətləndirmə prosesində iştirak etmək;

ğ) Tərəflərə, beynəlxalq təsisatlara müraciətlər etmək və tövsiyələr hazırlamaq;

h) MHŞT ilə əlaqədar məsələlərin araşdırılması və onlara dair təkliflərin hazırlanması üçün ekspertlər cəlb etmək və ya işçi qruplar yaratmaq.

 

graphic-2

2016-cı ildə MHŞT üzrə Çoxtərəfli Qrupun üzvləri

MHŞT üzrə Komissiya 

Şahmar Mövsumov - Sədr, Dövlət Neft Fondu

Zaur Fətizadə - Vergilər Nazirliyi 

Amil Mürsəliyev - Energetika Nazirliyi

Anar Hüseynov - Xarici İşlər Nazirliyi

Hacıbala Dadaşov - Dövlət Statistika Komitəsi

Ramin Dənyarov - İqtisadiyyat Nazirliyi

 

QHT Koalisiyası

Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondu

Sabit Bağırov - Sahibkarlığın İnkişafına yardım Fondu

Azər Mehtiyev - İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi İctimai Birliyi

Rafiq Təmrazov - Bərabər İmkanlar Mərkəzi

Mehriban Vəzir - Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi

Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzi

 

Şirkətlər Qrupu

Tamam Bayatlı - BP

Kamran Məhərrəmov - SOCAR

Bəxtiyar Axundov - Chevron

Rasim Axundov - Total

Vagif Abdullayev - Nefthechala 

 

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az