Çap

MHŞT üzrə Katiblik

Azərbaycanın MHŞT üzrə Katibliyi Azərbaycan Respublikası Dövlət Neft Fondunda yerləşir. Katibliyin işinə MHŞT üzrə Komissiyanın sədri, Neft Fondunun İcraçı direktoru nəzarət edir. Katiblik Azərbaycanda MHŞT-nin gündəlik fəaliyyətinə cavabdehdir. MHŞT üzrə Katiblik MHŞT-nin Azərbaycanda tətbiqi məqsədilə ölkənin mədən sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərlə, hökumət təşkilatları, eləcə də, qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurub və yaxından əməkdaşlıq edir.

Azərbaycanın MHŞT üzrə Katibliyi fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Azərbaycanda MHŞT prosesinin monitorinqinin və koordinasiyasının həyata keçirilməsi;
  • MHŞT-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) fəaliyyətinin texniki-təşkilati təminatının təşkili;
  • ÇQ-nin iclasının gündəliyinin hazırlanması və ÇQ-nin üzvlərinə təqdim edilməsi;
  • ÇQ-nin iclaslarının təşkili, protokollaşdırılması və sənədlərin arxivləşdirilməsi;
  • MHŞT üzrə hesabatların auditinin keçirilməsi prosesinə təşkilati dəstəyin verilməsi;
  • MHŞT üzrə hesabatların və auditor rəylərinin təqdimatının və dərcinin təşkili;
  • MHŞT üzrə müxtəlif tədbirlərin (iclaslar, konfranslar, dəyirmi masalar, Beynəlxalq İdarə Heyətinin iclasları və s.) keçirilməsinin təşkili;
  • MHŞT üzrə yerli və beynəlxalq tədbirlərdə iştirak;
  • MHŞT ilə bağlı digər tədbirlərin təşkilinə təşkilati və texniki dəstəyin göstərilməsi;
  • MHŞT ilə bağlı iclas və məsləhətləşmələrdə iştirak;
  • Mədən hasilatı ilə məşğul olan digər ölkələrdə Azərbaycan modelinin istifadə edilməsinin təşkilində iştirak;
  • MHŞT ilə bağlı yeni məlumatların Azərbaycan MHŞT veb saytında yerləşdirilməsinin təşkili;
  • Zəruri hallarda digər vəzifələrin yerinə yetirilməsi.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az