Çap

Terminlər və qısaltmalar

Terminlər

Akrhesabı ödənişlər
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ödənilən vəsaitlərdir.

Audit
Əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit müəssisə daxili və müəssisədən kənar keçirilir.

Bonuslar
Hasilatın Pay Bölgüsü sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ödənilən mükafatlardır.
Büdcə kəsiri - dövlət büdcəsinin gəlirləri xərclərini örtməməsi nəticəsində yaranır.

Dividend
Müəssisə tərəfindən onun səhm sahiblərinə ödənilən ödəniş növüdür. Bu müəssisənin gəlirlərlərindən səhmdarlara ödənilir. Müəssisə gəlir və ya artıq gəlir əldə edərsə, pulunu yenidən sərməyə yatırımına yerləşdirə bilər.

ƏDV (Əlavə Dəyər Vergisi)
Əlavə dəyər vergisi istehlaka tətbiq edilən, mal və xidmətlərin istehsalının və tədavülünün hər bir mərhələsində yaranan əlavə dəyərin bir hissəsinin dövlət büdcəsinə alınmasıdır. ƏDV dolayı vergi olmaqla bu vergi növü üzrə vergitutma obyekti kimi malların satışı, istehsal və qeyri-istehsal xarakterli xidmətlərin dəyəri əsas götürülür.

Gəlir vergisi
Hər bir fiziki şəxsin öz qazancından dövlətə ödədiyi vəsaitdir.

“Hasilatin pay bölgüsü” sazişi (HPB)
Hazırda bazar iqtisadiyyatının yenicə formalaşdığı ölkələrdə daha geniş yayılmış müqavilə münasibətləri formasıdır. O, ilk dəfə ötən əsrin 60-cı illərində (1966-cı ildə) İndoneziyada tətbiq edilib, sonradan Misirdə, Suriyada və başqa ölkələrdə geniş yayılıb. HPB sazişlərinin şərtləri adətən ölkənin milli qanunvericiliyində (əksər hallarda Hasilatın Pay Bölgüsü haqqında qanunda) müəyyən edilir. HPB sazişlərində dövlətə müəyyən vergi və qeyri-vergi ödənişləri ilə yanaşı, hasil olunan neftin (daha doğrusu, “mənfəət neftinin”) bir hissəsi də məhsul formasında çatır.

İcarə haqqı
Xarici şirkətlərlə bağlanmış sazişlər (HPS) çərçivəsində dövlət əmlakından istifadə üçün ödənilən haqqlardır.

Mədən vergisi
Ölkə qanunvericiliyində nəzərdə tutulmuş vergi növlərindən biridir və Azərbaycan Respublikasının ərazisindəki və Xəzər dənizinin (gölünün) şelfindəki faydalı qazıntıların çıxarılmasına görə tutulur. Bu vergini yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr ödəyirlər.

Mənfəət
İqtisadi mənfəət və ya mənfəət, müəssisənin ümumi gəliri və mövcud xərcləri arasında müsbət fərqdir.

Mənfəət nefti
Hasilatın Pay bölgüsü sazişlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən xam neftdir.

Sərmayəçilər tərəfindən verilən aktivlər
Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondlar, daşınan əmlak və digər aktivlərdir.

Tarif
Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər belə adlanır.

Tranzit haqqı
Neftin Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə ötürülməsi üçün edilən ödənişlərdir.

Qısaltmalar

a

ABŞ dolları
Amerika Birləşmiş Ştatları dolları

ARDNF
Azərbaycan Respublikası Dövlət Neft Fondu

ARDNŞ
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

AZN
Azərbaycan manatı


h

HPBS
Hasilatın Pay Bölgüsü Sazişi


uu

ÜDM
Ümumi Daxili Məhsul

b

BMT
Birləşmiş Millətlər Təşkilatı

BMQ
Beynəlxalq Məsləhətçi Qrup

BMT BA
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası


q

QAM
Qarşılıqlı Anlaşma Memorandumu

QHT
Qeyri-hökumət təşkilatı

ch

ÇQ
Çoxtərəfli qrup


m

MHŞT
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü

MSŞA
Mədən Sənayesində Şəffaflığın Artırılması

MDB
Müstəqil Dövlətlər Birliyi

MMR
Müstəqil Mühasiblərin Rəyi

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az