Çap

Qiymətləndirmə

qiymetlendirmeQiymətləndirmə MHŞT prosesinin mühüm elementidir. O iki mühüm vəzifəyə xidmət edir. İlk əvvəl qiymətləndirmə ölkə daxilində dialoq qurulmasına və prosesin mənimsənilməsinə təkan verir, digər tərəfdən bu proses bütün MHŞT-ni tətbiq edən ölkələri eyni qlobal standart ətrafında birləşdirməklə MHŞT brendini qoruyur.

MHŞT üzrə ilkin tələblərə cavab verdiyinə görə, 2007-ci ilin sentyabrında Osloda keçirilmiş Beynəlxalq İdarə Heyətinin 3-cü iclasında Azərbaycan “MHŞT üzrə Namizəd” statusunu almışdır. İdarə Heyətinin qərarına əsasən, “MHŞT-nin Tamhüquqlu üzvü” statusunu almaq üçün “Namizəd” ölkələr Qiymətləndirmə prosesindən keçməlidirlər. MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən bütün namizəd ölkələr üçün son müddət müəyyən edilmişdir və ölkələrin MHŞT statuslarının bu son müddətdə müəyyənləşdirilməsi razılaşdırılmışdır.

Qiymətləndirmə prosesi MHŞT-ni tətbiq edən ölkələrin Şəffaflıq Təşəbbüsü üzrə fəaliyyətləri zamanı əldə etdikləri irəliləyişlərinin qiymətləndirilməsini və daha yaxşı və sürətli irəliləyişə nail olmaq üçün onların hansı tədbirləri həyata keçirməsinin müəyyənləşdirilməsini təmin edir. Qiymətləndirmə MHŞT-nin Qiymətləndirmə Təlimatında müəyyən olunmuş Qiymətləndirmə cədvəlini (və əlaqədar Qiymətləndirmə Vasitələri Göstəricisi - bax: MHŞT standartı) istifadə etməklə müstəqil qiymətləndirici tərəfindən həyata keçirilir.

Qiymətləndirmə Komitəsi
qiymetlendirme2MHŞT Nizamnaməsinin 14-cü bəndi (bax: MHŞT standartı) MHŞT üzrə İdarə Heyətinin Komitələrinin məqsədi və tərkibi haqqında ümumi olaraq bəyan edir :” MHŞT üzrə İdarə Heyəti xüsusi məsələlər üzrə komitələr yarada bilər. Belə komitələrin hər birinə iki və daha artıq İdarə Heyəti Üzvü və ya onların Əvəzediciləri daxil edilməli, və tərkibi mümkün qədər səmərəli olmalı, MHŞT Assosiyasiyasının çoxtərəfli təbiətinə uyğun qurulmalıdır.” MHŞT üzrə İdarə Heyətinin Komitələri İdarə heyətinin işini təşkil etməlidir. Bu adətən İdarə heyətinə tövsiyyələrin hazırlanması ilə həyata keçirilir.

İdarə Heyətinin Komitələri İdarə Heyəti adından qərar qəbul etmir. Komitələr İdarə Heyətinə MHŞT-nin tətbiqi, Qiymətləndirmə, siyasət və idarəetmə kimi xüsusi mövzularda məsləhətlər verir. Komitələr tele-konfranslar vasitəsilə əlaqə saxlayır və ya İdarə Heyətinin iclaslarında şəxsən bir yerə toplaşırlar. Komitələr yeni İdarə Heyəti seçildikdən sonra növbəti iki il üçün yenidən yaradılır. Qiymətləndirmə üzrə qəbul olunmuş bütün qərarlarda İdarə Heyəti ölkələrə müqayisəli yanaşmaya və MHŞT brendinin bütünlüyünün qorunub saxlanmasına olan ehtiyacı əsas götürür. Qiymətləndirmə Komitəsi MHŞT üzrə Qiymətləndirmənin keyfiyyətinin və ardıcıllığının qorunmasında müstəsna rol oynayır.

MHŞT üzrə İdarə Heyətinin adından və MHŞT Qaydalarına əsasən Qiymətləndirmə Komitəsi:

  1. Tətbiq edən ölkələr tərəfindən hazırlanmış layihə qiymətləndirmə hesabatlarını nəzərdən keçirir
  2. Tətbiq edən ölkələr tərəfindən hazırlanmış yekun Qiymətləndirmə hesabatlarını nəzərdən keçirir və MHŞT üzrə İdarə Heyətinə tövsiyələrini verir
  3. Tətbiq edən ölkələrin Qiymətləndirmə üçün son müddətlərin uzadılması barədə ərizələrinə baxır və MHŞT üzrə İdarə Heyətinə tövsiyələrini verir
  4. Qiymətləndirmə prosedurlarını nəzərdən keçirir və tövsiyələr verir


Dövlət Neft Fondunun İcraçı direktoru, Azərbaycanda MHŞT üzrə Komissiyanın sədri, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvü Şahmar Mövsümov Qiymətləndirmə Komitəsinin üzvüdür.

Azərbaycan MHŞT üzrə ilk “Tamhüquqlu üzv” ölkədir.
qiymetlendirme3MHŞT-nin tətbiqində lider ölkə olan Azərbaycan 2008-ci ilin martında Qiymətləndirmə prosesinə başlamış ilk ölkədir. Azərbaycanda qiymətləndirmə prosesini həyata keçirmək üçün Coffey International Development şirkətinin (IPAN və PKF-nin əməkdaşlığı ilə) rəhbərlik etdiyi konsorsium qiymətləndirici seçilmişdir. MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən Azərbaycan üçün müəyyən edilmiş son müddət 9 mart 2010-cu il olsa da, Azərbaycanda MHŞT prosesinin tətbiqinin qiymətləndirilməsi bir il tez - 2009-cu ildə başa çatdırılmışdır. Coffey International Development şirkəti Azərbaycanda Qiymətləndirmə prosesinin nəticələrinə dair yekun hesabatını və müsbət rəyini MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə təqdim etmişdir.

16-18 fevral 2009-cu il Qətərin paytaxtı Doha şəhərində MHŞT üzrə 4-cü Beynəlxalq Konfransda

  • Azərbaycanda mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq ictimaiyyətə açıqlandığı və dərc edildiyi əsas götürülərək;
  • Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən Qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu nəzərə alınaraq;
  • Qiymətləndiricinin Azərbaycanda MHŞT prosesinin qiymətləndirilməsinə dair hesabatına əsaslanaraq

MHŞT üzrə Beynəlxalq İdarə heyəti Azərbaycanın MHŞT-nin “Tamhüquqlu üzv” statusunu təsdiq etdi. Bununla da, Azərbaycan MHŞT-ni tətbiq edən “Tamhüquqlu üzv” statusunu almış ilk ölkə oldu. Azərbaycanın “Namizəd” statusundan “Tamhüquqlu üzv” statusuna keçməsi MHŞT-nin tətbiqində mühüm mərhələdir.

Azərbaycanda Qiymətləndirmə üzrə hesabat

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az