Neft Fondunun İcraçı direktoru MHŞT-nin Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında iştirak etmişdir

2017-ci ilin 8-9 mart tarixlərində Kolumbiyanın paytaxtı Boqota şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 36-cı iclası keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.
İclas zamanı bir sıra məsələlər müzakirə olunmuş, o cümlədən 4 ölkənin – Tacikistan, Qırğızıstan, Solomon adaları və Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov bəyanatla çıxış etmişdir.

ARDNF-də MHŞT üzrə QHT Koalisiyasının üzvlərinin iştirakı ilə görüş keçirilib

 

07 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyasının sədri Şahmar Mövsümovun və MHŞT üzrə QHT Koalisiyasının üzvlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilmişdir. Görüşdə 50-dən çox QHT nümayəndəsi iştirak etmişdir. 

Görüşün keçirilməsində əsas məqsəd müxtəlif maraq qruplarını təmsil edən Koalisiya üzvlərini bir masa arxasında toplayaraq onların açıq dialoq aparmasına şərait yaratmaq, Çoxtərəfli Qrupda (ÇQ) təmsilçilik və ümumi idarəetmə ilə bağlı yaranmış fikir ayrılıqlarının sərbəst müzakirəsi üçün platformanı təşkil etmək, eləcə də MHŞT tərəflərinin səmərəli, sağlam əməkdaşlığının davam etdirilməsinə dəstək verməkdən ibarət olmuşdur.

Dövlət Neft Fondunda “MHŞT-nin uzlaşdırılması” mövzusunda “dəyirmi masa” keçirilib

2017-ci il fevral ayının 2-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) uzlaşdırılması” mövzusunda “dəyirmi masa” keçirilib.
MHŞT üzrə Beynəlxalq Katibliyin rəhbəri Yonas Moberg, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Naveed Hasan Naqvi, ÇQ üzvləri, MSŞA üzrə QHT Koalisiyasının üzvləri, MHŞT üzrə Hökumət Komissiyasının üzvləri, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Təbii Resursların İdarə olunması İnstitutu və ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətlərinin nümayəndələri “dəyirmi masa”da iştirak ediblər.
“Dəyirmi masa” da “MHŞT-nin uzlaşdırılması” (EITI Mainstreaming) konsepsiyasının ictimaiyyətə çatdırılması, ölkədə Təşəbbüsün tətbiqində bütün maraqlı tərəflərin bir yerə toplanması və bu konsepsiyanın tətbiqinin ölkəyə gətirəcəyi faydalar barədə müxtəlif müzakirələr aparılıb.

 

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

2016-cı il dekabr ayının 20-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilmişdir.

Dünya Bankının (DB) nümayəndələrinin iştirakı ilə keçirilən ÇQ-nin iclasında MHŞT məlumatlarının dövlət qurumlarının hesabatvermə mexanizmlərinə inteqrasiya edilməsi yolu ilə mütəmadi açıqlanması, bu mexanizmin tətbiqi ilə bağlı DB tərəfindən göstəriləcək texniki yardımla bağlı məsələlər müzakirə edilmişdir.

İclasda, eyni zamanda, 2015-ci ili əhatə edən MHŞT Hesabatı, MHŞT Beynəlxalq İdarə Heyətinin Azərbaycana dair qəbul etdiyi islahedici tədbirlər üzrə Fəaliyyət Planı, MHŞT-nin Azərbaycanda təsirinin təhlilinə dair şərtlər toplusu, 2016-cı il üzrə iş planının icra vəziyyəti, 2017-ci il üzrə illik iş planının məqsədlərinin milli prioritetlərə uyğun olaraq müəyyənləşdirilməsi və MHŞT məlumatlarının əldə edilməsi, dərc edilməsi və təkrar istifadəsi haqqında ÇQ-nin siyasəti kimi məsələlər də müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirilmişdir

2016-cı il dekabr ayının 5-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli qrupun (ÇQ) növbəti iclası keçirilmişdir.

İclas zamanı tərəflər MHŞT İdarə Heyətinin Azərbaycana dair qəbul etdiyi qərar və islahedici tədbirlər, MHŞT-nin Azərbaycanda təsirinin təhlili, 2015-ci il üzrə şirkətlər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin əhəmiyyətliliyinin yoxlanılması, kvazi-fiskal xərclər haqqında anlayışın müəyyən edilməsi və Benefesiar Sahiblik Məlumatlarının Açıqlanması üzrə Yol Xəritəsinin yekun layihəsini müzakirə etmiş və müvafiq qərarlar qəbul etmişlər.

İclasda eyni zamanda “Moore Stephens” şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə 2015-ci ili əhatə edən hesabatı ÇQ üzvlərinə təqdim edilmişdir.

Azərbaycanın MHŞT-də “namizəd ölkə” statusu saxlanıldı

2016-cı il 24-26 oktyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 35-ci iclası keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

İclas çərçivəsində Azərbaycanın Qiymətləndirilməsinə və MHŞT-dəki statusuna dair müzakirə keçirilib. MHŞT üzrə İdarə Heyəti Azərbaycanda ikinci Qiymətləndirmə zamanı ümumilikdə nəzərəçarpan proqresin əldə edildiyini və bir neçə fərdi tələb üzrə mühüm irəliləyişlərin əldə olunduğunu nəzərə alaraq Azərbaycanın “namizəd ölkə” statusunda saxlanılmasına qərar verib.

 

"Petronas Azərbaycan (Shah Deniz) S.A.R.L." şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

cq-iclas-3

20 oktyabr 2016-cı il tarixində Azərbaycanda yeni fəaliyyət göstərən “Petronas Azərbaycan (Shah Deniz) S.A.R.L.” şirkəti Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla “Petronas Azərbaycan (Shah Deniz) S.A.R.L.” şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi MHŞT üzrə iyirminci hesabatda 2015-ci il üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə məlumat verəcəkdir. Beləliklə, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumunu imzalamış şirkətlərin sayı 40-a çatmışdır.
2014-cü il iyunun 10-da Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən 38 yerli və xarici şirkət 2013-cü ildə MHŞT üzrə 6-cı Qlobal Konfransda qəbul edilmiş MHŞT Standartının tələblərinə uyğunlaşdırılmış yeni Qarşılıqlı Anlaşma Memorandumu imzalamışdır.

Dövlət Neft Fondunda MHŞT üzrə mətbuat konfransı keçirilmişdir

2016-cı il oktyabrın 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
Mətbuat konfransında ARDNF-nin İcraçı direktoru, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun (ÇQ) sədri Şahmar Mövsümov MHŞT-nin Azərbaycanda tətbiqinin əhəmiyyəti barədə söz açmış və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
MHŞT üzrə ÇQ üzvlərinin də iştirak etdiyi mətbuat konfransında 2013 və 2014-cü illəri əhatə edən MHŞT hesabatlarının, 2014-cü il MHŞT Hesabatına dair MHŞT üzrə QHT Koalisiyasının Rəyinin və www.azeitireport.org internet səhifəsinin təqdimatları keçirilmiş, MHŞT-nin Azərbaycanda tətbiqi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə media nümayəndələrinə məlumat verilmişdir.

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

2016-cı il oktyabr ayının 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilmişdir.

İclas zamanı iştirakçılar tərəfindən Azərbaycanda MHŞT üzrə keçirilmiş Qiymətləndirmə ilə bağlı məsələlər, 2015-ci il MHŞT hesabatının layihə mətni, mədən hasilatı sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsi və digər məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.

İclasda həmçinin MHŞT üzrə Katibliyin nümayəndələri MHŞT-ni tətbiq edən ölkələrdə ÇQ və Katibliyin strukturunun müqayisəli təhlilinə dair təqdimat etmişlər.

 

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

2016-cı il avqust ayının 22-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

İclas zamanı tərəflər mədən hasilatı sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin hazırlıq işlərini, 2015-ci il MHŞT hesabatlılığının Başlanğıc hesabatını, MHŞT üzrə Qiymətləndirmə prosesinin gedişatını, MHŞT-ni tətbiq edən ölkələrdə Elektron Hesabatlılıq Sistemi və bu sistemin Azərbaycanda tətbiqinin mümkünlüyünü, MHŞT-də baş verən proseslərin və onların nəticələrinin ictimaiyyət üçün işıqlandırılmasını və digər məsələləri müzakirə etmişlər. İclasda eyni zamanda ÇQ-nin Davranış Kodeksi qəbul olunmuşdur.

 

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az