Çap

Bildiriş 07 Fevral 2010

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 13 noyabr 2004-cü il tarixli sərəncamı ilə yaradılmış Komissiya Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında 2004-cü il noyabrın 24-də Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.

Memoranduma uyğun olaraq, Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə hesabatların birbaşa olaraq audit şirkətinə təqdim olunması nəzərdə tutulur.

Memoranduma əsasən MHŞT üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi 2009-cu ili əhatə edən hеsаbatların auditinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilməsini təmin etmək məqsədilə elan edilən müsabiqə Azərbaycan Respublikasında "Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü"nün (MHŞT) tətbiqi üzrə 2010-cu il üzrə İş planına uyğun olaraq keçiriləcəkdir.

MHŞT-nin Azərbaycanda həyata keçirilməsi barədə məlumatlarla http://www.oilfund.az/eiti/az İnternet ünvanında tanış olmaq mümkündür.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az