BMT-nin Dövlət Qulluğu mükafatı Neft Fonduna təqdim olundu

bmt-1İyunun 26-29-da BMT-nin Vyanadakı qərargahında “Hökumətə inamın bərpası” mövzusunda 7-ci Qlobal Forum keçirilib. Forum çərçivəsində iyunun 26-da 2007-ci il üçün BMT-nin Dövlət Qulluğu mükafatlarının təqdimetmə mərasimi olub. 

Mükafatı alanlar sırasında Azərbaycan Respublikasının Dövlət Neft Fondu da var. “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə mükafatı Dövlət Neft Fondunun icraçi direktoru Şahmar Mövsumova BMT baş katibinin müavini Asa-Roze Migiro təqdim edib.

Dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat hesab olunan “BMT-nin Dövlət Qulluğu Mükafatı” dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin ölkələrin inkişafına verdiyi töhvənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub.

BMT Baş Assambleyasının 2003-cü il martın 7-də təsdiq etdiyi Qətnaməyə müvafiqolaraq hər il iyunun 23-ü BMT Dövlət Qulluğu Günü kimi qeyd olunur. Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən birinci dövlət qurumudur.

a1Dövlət Neft Fondunun icraçi direktoru Şahmar Mövsümov rəhbərlik etdiyi qurumun belə yüksək səviyyəli mükafat almasını bütövlükdə Azərbaycanın uğuru hesab edir. 

“Dövlət Neft Fondu dünyada dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat olan BMT-nin dövlət qulluğu mükafatına layiq görülüb. Bu yalnız Neft Fondunun deyil, bütün Azərbaycan dövlətçiliyinin, dövlət qulluğunun hansı zirvələrə qalxmasının göstəricisidir. Bu hamımızın bayramıdır, əlamətdar bir gündür.

Bu, möhtərəm Prezidentimiz İlham Əliyevin müəyyən etdiyi islahat kursu çərçivəsində dövlət qulluğu sahəsinin inkişafının ən yüksək nailiyyətidir. Bu möhtəşəm hadisə münasibətilə hər kəsi təbrik edirəm və Azərbaycanın digər dövlət qurumlarına da gələcəkdə bu müsabiqəyə goşularaq BMT-nin dövlət qulluğu mükafatı ilə təltif olunmalarını arzulayıram”.

a2BMT baş katibinin müavini xanım Asa-Roze Migiro hesab edir ki, Neft Fondunun belə bir mükafat alması Azərbaycan üçün mühüm hadisədir: “Fürsətdən istifadə edərək Azərbaycanı bu uğur münasibətilə təbrik edirəm.

Hesab edirəm ki, hökumət xalqa daha yaxşi xidmət göstərməkdə və şəffaflığı təmin etməkdə davam edəcək. İnaniram ki, regionun digər ölkələri də Azərbaycanin bu təcrübəsindən yararlanacaq”.

 

Milli liderimiz Heydər Əliyevin uzaqgörən neft strategiyasına uyğun olaraq yaratdığı Dövlət Neft Fondu fəaliyyət göstərdiyi 7 il ərzində neft gəlirlərinin şəffaf idarə olunmasında mühüm rol oynayıb. Fondun layiq görüldüyü bu mükafata gedən yol Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə qoşulmasından başlayır.

Bu gün Azərbaycan artıq dünyada Şəffaflıq Təşəbbüsünü tətbiq edən ilk və lider ölkə kimi tanınır. Bu fəaliyyətin nəticəsi olaraq Dövlət Neft Fondu dünyanın bir çox ölkələrinin dövlət qurumları ilə yarışa girərək, Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsinə görə beynəlxalq nüfuzlu mükafata layiq görülüb.

a3

Avstriyanin xarici məsələlər üzrə dövlət katibi Hans Uinklerin sözlərinə görə bu mükafat Azərbaycanın nə qədər irəliləyişə nail olmasının göstəricisidir. 

“Sizi ürəkdən təbrik edirəm. Bu onu göstərir ki, Avropa Birliyi Azərbaycana daha da yaxın olmaqda davam edəcək və bu onu göstərir ki, siz doğru yoldasiniz. ”

Dövlət Neft Fondu beynəlxalq Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqində birbaşa iştirak edir və bu fəaliyyəti onun BMT-nin nüfuzlu mükafatına layiq görülməsi üçün zəminlərdən biri olub.

 

 

a4Transparency İnternational təşkilatinin sədri Huget Labellin sözlərinə görə, Şəffaflıq Təşəbbüsünün tətbiqində lider olan Azərbaycandan başqa hələ heç bir ölkə neft-qaz gəlirlərinə dair 1-dən çox hesabat dərc etdirməyib. 

“Öncə Azərbaycanı Şəffaflıq Təşəbbüsünə ilk qoşulan ölkə olması münasibətilə təbrik etmək istərdim. Hələ ki Azərbaycandan irəlidə gedən heç bir ölkə yoxdur. Bu neft və qaz ehtiyatlari ilə zəngin digər ölkələri də bu cür işləməyə sövq edir. Azərbaycanin bu liderliyi çox mühümdür. Bu bizə imkan verir ki, dünyanin digər ölkələrinə səfərlər edəndə onları Azərbaycanin təcrübəsindən istifadə etməyə çağiraq və deyək ki, Azərbaycan bu cür işlər görüb.”

BMT-nin mükafatı müəyyən olunarkən Neft Fondunun təqdim etdiyi təsdiqedici sənədlər, o cümlədən Fond haqqında dünya liderlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin fikir və tövsiyyələri nəzərə alınıb. Neft Fondu dünyanın demək olar ki, bütün ölkələrinin qatıldığı bir mübarizənin qalibidir və bu mübarizədə yalnız üç kateqoriya üzrə yalnız bir region ölkəsi qalib seçilir.

a5

 

Bu mükafat Azərbaycanın Neft Fondunun şəffaf bir qurum olmasının və bu faktın beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Kanadanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komissiyasının sədri, səfir Jozelin Burgon hesab edir ki, BMT-nin mükafatına layiq görülən Azərbaycan öz təcrübəsi ilə qonşuluğundakı ölkələrə nümunə ola bilər.

“Sizi ürəkdən təbrik edirəm. bildiyimə görə, Azərbaycan Şərqi Avropada bu mükafata layiq görülən ilk ölkədir. Ümid edirəm ki, ölkəniz özünün bu gözəl təcrübəsini qonşulari ilə bölüşəcək.”



a6Azərbaycanın yaxın qonşusu olan Gürcüstanın parlamentinin spikeri Nino Burcanadze Azərbaycanın belə ali bir mükafatla təltif olunmasını regionda demokratiya və şəffaflıq üçün vacib hesab edir və bu faktı gələcək uğurların əsası kimi qiymətləndirir: 

“Mən Azərbaycanla və ölkənizin rəhbərliyi ilə sıx dostluq münasibətlərinin olmasından çox məmnunam. Prezidentinizin ölkədə apardığı islahatlar nəinki Azərbaycan, həm də bütün region üçün önəmlidir. Sizi bu mühüm uğur münasibətilə təbrik etmək istəyirəm. Enerji resursları şəffaflığın problem olduğu yerlərdə mürəkkəb bir istiqamətdir. Sizin belə bir ciddi uğura nail olmağınız isə doğru yolda olduğunuzu göstərir. Şəffaf, demokratik və uğurlu bir ölkə qurmaq istiqamətində göstərdiyiniz səylərdə sizə uğurlar arzulayıram”.

“BMT-nin Dövlət Qulluğu Mükafatı”nın nüfuzu hər il daha da artdığından 2007-ci il üçün mükafat uğrunda mübarizəyə dünyanın demək olar ki, bütün ölkələri qoşulub. Bu il mükafat Avropa və Şimali Amerika, Latın Amerikası, Afrika, Asiya və Sakit Okean, Qərbi Asiya regionlarını əhatə edən ölkələr arasından seçilmiş qaliblərə “Dövlət qulluğunda şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması”, “Dövlət qurumunun fəaliyyətində inkişaf”, “İnnovativ mexanizmlər vasitəsilə müxtəlif siyasətləri (İKT-nin tətbiqi, idarəedicilərin iştirakı ilə büdcələşdirmə metodları, sosial audit və monitorinq) müəyyənləşdirən qərarların verilməsində iştirak” kateqoriyaları üzrə təqdim olunub.

a7

 

Ukraynanın Dövlət qulluğu üzrə baş idarəsinin rəisi Timofey Matvenko hesab edir ki, “Dövlət qulluğunda şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması” kateqoriyası üzrə mükafata layiq görülən Dövlət Neft Fondunun təcrübəsindən ilk növbədə Ukraynanın dövlət təşkilatları yararlanmalıdır. 

“Mən Azərbaycan xalqini bu uğur münasibətilə təbrik etmək istəyirəm. Siz lidersiniz, çempionsunuz. Siz beynəlxalq səviyyəli mükafata layiq görülmüsünüz. Ümid edirəm ki, Ukrayna Azərbaycanin öz təcrübəsini bölüşdüyü ölkələr arasinda olacaq. Azərbaycana öz təcrübəsini Ukraynada tətbiq etmək işində uğurlar arzulayiram”.

 

a8Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov hesab edir ki, Dövlət Neft Fonduna təqdim olunmuş BMT-nin mükafatı dövlət qulluğu sahəsində ən yüksək mükafatdır.

“Qürur duyuram ki, bu mükafata post-sovet məkanında və Şərqi Avropada məhz Azərbaycanın Neft Fondu layiq görülüb. Neft Fondunu və bütün Azərbaycan xalqını bu mühüm mükafat münasibətilə təbrik edirəm”.

2007-ci il üçün mükafata 14 ölkənin - Avstriya, İsveçrə, Kanada, Avstraliya, Sinqapur, Hindistan, Keniya, Mərakeş, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Çili, Cənubi Afrikanın dövlət təşkilatları layiq görülüb. Mükafatı alanlar sırasında Avstriyanın Federal Kanslerliyi, Kanadanın İcma Xidmətləri dövlət agentliyi, İsveçrənin Ədliyyə nazirliyi və digər təşkilatlar var.

4 gün davam edən Qlobal Forumda dünyanın müxtəlif ölkələrindən olan 2000-dən artıq nümayəndə, o cümlədən ölkə başçıları, baş nazirlər, nazirlər, parlament üzvləri, şəhər merləri, hökumət rəsmiləri, ekspertlər, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri iştirak edib.

sert

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az