Dövlət Neft Fondunda MHŞT üzrə mətbuat konfransı keçirilmişdir

2016-cı il oktyabrın 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
Mətbuat konfransında ARDNF-nin İcraçı direktoru, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun (ÇQ) sədri Şahmar Mövsümov MHŞT-nin Azərbaycanda tətbiqinin əhəmiyyəti barədə söz açmış və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
MHŞT üzrə ÇQ üzvlərinin də iştirak etdiyi mətbuat konfransında 2013 və 2014-cü illəri əhatə edən MHŞT hesabatlarının, 2014-cü il MHŞT Hesabatına dair MHŞT üzrə QHT Koalisiyasının Rəyinin və www.azeitireport.org internet səhifəsinin təqdimatları keçirilmiş, MHŞT-nin Azərbaycanda tətbiqi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə media nümayəndələrinə məlumat verilmişdir.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az