Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirilmişdir

2016-cı il dekabr ayının 5-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli qrupun (ÇQ) növbəti iclası keçirilmişdir.

İclas zamanı tərəflər MHŞT İdarə Heyətinin Azərbaycana dair qəbul etdiyi qərar və islahedici tədbirlər, MHŞT-nin Azərbaycanda təsirinin təhlili, 2015-ci il üzrə şirkətlər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin əhəmiyyətliliyinin yoxlanılması, kvazi-fiskal xərclər haqqında anlayışın müəyyən edilməsi və Benefesiar Sahiblik Məlumatlarının Açıqlanması üzrə Yol Xəritəsinin yekun layihəsini müzakirə etmiş və müvafiq qərarlar qəbul etmişlər.

İclasda eyni zamanda “Moore Stephens” şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə 2015-ci ili əhatə edən hesabatı ÇQ üzvlərinə təqdim edilmişdir.

İştirakçılar həmçinin, MHŞT məlumatlarının əldə edilməsi, dərc edilməsi və təkrar istifadəsi barədə siyasətin razılaşdırılması MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az