Böyük Britaniya hökuməti Azərbaycanın neft gəlirlərinin şəffaflığı sahəsində nailiyyətlərini yüksək qiymətləndirir

mhshtAzərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifov Böyük Britaniyaya səfəri zamanı 2004-cü il 21 aprel tarixində bu ölkənin xarici işlər üzrə dövlət naziri cənab Uilyam Ramel ilə görüşmüşdür. Görüş zamanı cənab Şərifov 2003-cü il iyunun 17-də Londonda keçirilmiş “Təbii Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu” konfransında cənab İlham Əliyevin başçilıgı ilə iştirak edən nümayəndə heyətinin həmin konfransda bu təşəbbüsə qoşuldugunu bəyan etməsi və ötən ilin noyabr ayinda Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən verilmiş sərəncam [bax] əsasında təşəbbüsün həyata keçirilməsi üçün ölkə nazirliklərinin nümayəndələrinin təmsil olunduğu milli komissiyanın yaradılması və indiyədək gördüyü işlər barədə Britaniya rəsmisinə məlumat vermişdir.

Azərbaycanın Şəffaflıq Təşəbbüsü sahəsində gördüyü işlər Londonda təqdirəlayiq hesab olunur

mhshtMineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu” (MHŞT) üzrə komissiyanın sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov 2004-cü il aprelin 20-də Londonda Britaniya və Norveçin hökumət nümayəndələri, neft şirkətlərinin, beynəlxalq maliyyə institutlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri qarışısında cıxış etmişdir.

MHŞT üzrə komissiyanın mineral ehtiyatları ilə məşğul olan şirkətlər üçün hazırladığı hesabat formasının QHT nümayəndələrilə müzakirəsi keçirilib

mhshtAprelin 5-də Azərbaycan Respublikası “Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu”(MHŞT) üzrə komissiyanın sədri,Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifovun sədrliyilə Azərbaycanda fəaliyyət göstərən və neft və gas hasilatı ilə məşgul olan şirkətlərin dövlətə ödənişləri ilə baglı hesabat forması layihəsinin yerli və xarici geyri-hökumət təşkilatlarının, eləcə də xarici ölkə səfirliklərinin və xarici və milli şirkətlərin nümayəndələrilə birgə müzakirəsi kecirildi.

MHŞT üzrə komissiyanın sədri Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentinin Mədən Hasilatı Sənayesi üzrə müşavirini qəbul etmişdir

mhsht2004-cü il martın 30-da Azərbaycan Respublikası “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu”(MHŞT) üzrə komissiyanın sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentinin Mədən Hasilatı Sənayesi üzrə müşaviri Sefton Darbini gəbul etmişdir.

MHŞT üzrə komissiyanın mineral ehtiyatları ilə məşgul olan şirkətlər üçün hazırladığı hesabat forması müzakirə olunub

mhshtMartın 18-də Azərbaycan Respublikası “Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu”(MHŞT) üzrə komissiyanın sədri,Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifovun sədrliyilə Azərbaycanda fəaliyyət göstərən və neft və gas hasilatı ilə məşgul olan şirkətlərin dövlətə ödənişləri ilə baglı hesabat forması layihəsinin müzakirəsi keçirilib.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az