Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

neft2010-cu il fevralın 25-də Azərbaycanda fəaliyyət göstərən Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMK) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır.

Neft Fondunun İcraçı Direktoru MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 11-ci iclasında iştirak etmişdir

mhsht2010-cu il fevralın 9-10-da Norveçin paytaxtı Oslo şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin 11-ci iclası keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.

Bildiriş 07 Fevral 2010

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 13 noyabr 2004-cü il tarixli sərəncamı ilə yaradılmış Komissiya Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında 2004-cü il noyabrın 24-də Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.

MHŞT üzrə Çoxtərəfli Qrupun ilk iclası keçirilmişdir

cq-iclas2010-cu il fevralın 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) ilk iclası keçirilmişdir. Çoxtərəfli Qrupun ilk iclasını ÇQ-nin sədri, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov açaraq MHŞT-nin Azərbaycanda tətbiqinə dair bir sıra məsələlərlə bağlı Qrup üzvlərinə məlumat vermişdir.

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə on birinci hesabatını açıqladı

hesabat-2011"Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT)" adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan hökuməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya Mur Stefens audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (on birinci) hesabatını (2009-cu ilin ilk 6 ayı üzrə) - 2009-cu il dekabrın 14-də açıqlamışdır.

MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclası Bakıda keçirilmişdir

iclas2009-cu il oktyabrın 14-15-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin 10-cu iclası Bakıda keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az